Bank Of Baku

Gürcüstan Suriya ilə diplomatik əlaqələri kəsir

Gürcüstan Suriya ilə diplomatik əlaqələri kəsir
# 29 may 2018 14:02 (UTC +04:00)

Gürcüstan Suriya ilə diplomatik əlaqələri kəsmək üçün müvafiq prosedura başlayıb.

 

APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstan xarici işlər nazirinin müavini David Dondua deyib.

 

O bildirib ki, buna səbəb Suriyanın separatçı Abxaziya və Cənubi Osetiya respublikalarının müstəqilliyini tanımasıdır.

 

Qeyd edək ki, Suriya, qondarma Abxaziya və Cənubi Osetiya səfirlik səviyyəsində qarşılıqlı diplomatik əlaqələrin qurulacağını açıqlayıblar.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR