Bank Of Baku

Gürcüstanda ana və uşağın ölümünə səbəb olan Ermənistan vətəndaşı saxlanılıb

Gürcüstanda ana və uşağın ölümünə səbəb olan Ermənistan vətəndaşı saxlanılıb
# 06 avqust 2017 16:55 (UTC +04:00)

Gürcüstan polisi avtomobilə qəza törətməklə ana və uşağın ölümünə səbəb olan Ermənistan vətəndaşını saxlayıb.

 

APA-nın “apsny.ge” saytına istinadən verdiyi məlumata görə, avqustun 5-də 1995-ci il təvəllüdlü kişi Surami rayonunda, Tbilisi-Senaki-Leselidze yolunda “Nissan Tiida” markalı minik avtomobili ilə 38 yaşlı ana və 5 yaşlı uşağı vurub.

 

Ana və uşaq hadisə yerində ölüb. Ermənistan vətəndaşına qarşı iki və daha çox insanın ölümünə yol açan yol-nəqliyyat hərəkəti və istismarı qaydalarının pozulması maddəsi ilə cinayət işi açılıb. Əgər sürücünün günahı təsdiqini taparsa, onu 6 ildən 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR