Bank Of Baku

XİN rəhbəri: Qrenlandiya ABŞ-la razılığa gəlməyə ümid edir

Qrenlandiyanın xarici işlər naziri Vivian Motzfeldt

© APA | Qrenlandiyanın xarici işlər naziri Vivian Motzfeldt

# 03 fevral 2026 15:53 (UTC +04:00)

Qrenlandiya ABŞ-la ortaq məxrəcə gələcəyinə ümid edir.

APA “Reuters”ə istinadən xəbər verir ki, bunu Qrenlandiyanın xarici işlər naziri Vivian Motsfeldt deyib.

Nazir danışıqlar yolu ilə diplomatik həll üçün çalışdıqlarını bildirib.

“Ümid edirəm və nikbinəm ki, bizim “qırmızı xəttlərimiz”ə hörmət ediləcək və biz birlikdə ortaq bir fikrə gəlib çıxacağıq”, - Qrenlandiyanın xarici işlər naziri vurğulayıb.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Qrenlandiyanın ya sülh, ya da güc yolu ilə ABŞ-a birləşdiriləcəyini elan edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR