Bank Of Baku

Xorvatiya Baş nazirinin müavini Avropa Şurasının yeni baş katibi seçilib

Xorvatiya Baş nazirinin müavini Avropa Şurasının yeni baş katibi seçilib
# 26 iyun 2019 22:32 (UTC +04:00)

Avropa Şurasının yeni baş katibi seçilib.

APA-nın xəbərinə görə, bu barədə Avropa Şurasının mətbuat katibi Daniyel Holtgen "Twitter"səhifəsində yazıb.

Xorvatiya Baş nazirinin müavini, xarici işlər və Avropa məsələləri üzrə naziri Marija Pejvinovic Buric bu posta seçilib.

Qeyd edək ki, hazırkı baş katib Türbyorn Yaqland 2009-cu ildən bu postdadır. O, 2014-cü ildə quruma ikinci dəfə baş katib seçilib və bu il onun səlahiyyət  müddəti başa çatır.

Yeni baş katib oktyabrın 1-dən rəsmi olaraq fəaliyyətə başlayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR