Gəncədə bir ailənin 7 üzvü zəhərlənib - VİDEO - YENİLƏNİB

Gəncədə bir ailənin 7 üzvü zəhərlənib - VİDEO  - YENİLƏNİB
# 21 noyabr 2021 15:21 (UTC +04:00)

Xəbərə video əlavə edilib

***

08:37

Gəncədə zəhərlənmə hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb.

2011-ci il təvəllüdlü Abdullayeva Nuray Təbriz qızı, 1984-cü il təvəllüdlü Abdullayeva Tamam Bayram qızı, 2010-cu il təvəllüdlü Abdullayev Kənan Təbrız oğlu, 1989-cu il təvəllüdlü İmanova Sevda Şahin qızı, 2015-ci il təvəllüdlü İmanova Kamran Elvin oğlu, 2014-cü il təvəllüdlü İmanova Zəhra Elvin qızı, 1961-ci il təvəllüdlü Abdullayeva Fazilə Əkbər qızı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Xəstələrə lazımi tibbi yardım göstərilib, vəziyyətlərin normal olduğu bildirilir.

İlkin məlumata görə, şəhər sakinləri yaşadıqları evdə dəm qazından zəhərləniblər. Onların hamısı bir ailənin üzvüləridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR