Prokurorluq "Renault-Nissan-Mitsubishi" alyansının sabiq rəhbərinin evində axtarışlara başlayıb

Prokurorluq "Renault-Nissan-Mitsubishi" alyansının sabiq rəhbərinin evində axtarışlara başlayıb
  • Clock-gray 10:05
  • calendar-gray 02 Yanvar 2020

Tokio Prokurorluğu “Renault-Nissan-Mitsubishi” avtomobil alyansının keçmiş rəhbəri Karlos Qonun son vaxtlaradək ev dustaqlığı yeri olan Tokio rezidensiyasında axtarışlara başlayıb.

APA-nın məlumatına görə, bu barədə TASS “Kyodo”ya istinadən xəbər verir.

Hazırda Yaponiyanın hüquq-mühafizə orqanlarının əməkdaşları Qonun ölkədən qaçması faktını araşdırır və bu işdə ona kimin kömək etdiyini öyrənməyə çalışırlar. Yaponiya tərəfi əmindir ki, Qona eyni zamanda bir neçə nəfər kömək edib, hazırda onların müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir. Alyansın sabiq rəhbərinə qarşı həmçinin miqrasiya qanunvericiliyinin pozulması maddəsi ilə yeni iş açılıb.

Qeyd edək ki, bu həftə Qonun Yaponiyadan Livana qaçdığı məlum olub. Dekabrın 31-də o, Yaponiya məhkəməsini ədalətsizlikdə və qərəzsizlikdə ittiham edərək, ölkəni tərk etməsi faktını şəxsən təsdiqləyib. Qonun Yaponiyadan musiqi alətləri üçün nəzərdə tutulmuş qutuda çıxarıldığı bildirilir.

apa-logo-mini

Digər xəbərlər