İranda internet qismən bərpa olunub

İranda internet qismən bərpa olunub
  • Clock-gray 15:12
  • calendar-gray 21 Noyabr 2019

İranın paytaxtı Tehranda, eyni zamanda bəzi şəhərlərdə internet qismən bərpa olunub.

APA-nın Tehran bürosunun məlumatına görə, artıq bir həftəyə yaxındır ki, yanacağın bahalaşması ilə əlaqədar başlayan etirazlardan sonra ölkədə internet kəsilmişdi.

Məlumta görə, paytaxt Tehranın bir hissəsində, Bəndər Abbas, Kirmanşah və bir neçə şəhərdə internetin verilməsi qismən bərpa edilib.

Qeyd edək  ki, yanacağın bahalaşmasının ardınca baş verən iğtişaşlardan sonra ölkənin Təhlükəsizlik Şurası internetin kəsilməsinə qərar vermişdi.

İranın Sosial Şəbəkələr üzrə Ali Şuranın katibi bildirib ki, internetdə yaşanan problemlər tezliklə təhlükəsizlik rəsmilərinin qərarı ilə tam aradan qaldırılacaq.

Süleyman Fərzəliyev

Digər xəbərlər

Arxiv

date