Ankara və Dəməşq Suriyanın şimalında PKK/YPG-yə qarşı birgə əməliyyat keçirə bilər

Hulusi Akar, Türkiyə milli müdafiə naziri

© APA | Hulusi Akar, Türkiyə milli müdafiə naziri

# 31 dekabr 2022 13:05 (UTC +04:00)

Türkiyənin müdafiə naziri Hulusi Akar Suriya ordusu ilə birgə bu ölkənin şimalında PKK/YPG terrorçularına qarşı birgə əməliyyat keçirə biləcəklərini istisna etməyib.

APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi xəbərə görə, Hulusi Akar bunu dekabrın 28-də Moskvada Rusiya müdafiə naziri Sergey Şoyqunun iştirakı ilə suriyalı həmkarı Əli Mahmud Abbasla görüşünün yekunları ilə bağlı sualı cavablandırarkən bildirib.

Hulusi Akar deyib ki, əgər Türkiyə və Suriya danışıqlar yolu ilə müdafiə və təhlükəsizlik sahəsində problemlərin öhdəsindən gələrsə, birgə əməliyyat mümkündür: “Türkiyə hər zaman olduğu kimi bundan sonra da öz hüquqlarını, maraqlarını və təhlükəsizliyini qorumaq üçün hər şey edəcək”.

Qeyd edək ki, Türkiyə Suriya sərhədləri boyunca 30 km enində ərazinin PKK/YPG terrorçularından təmizlənməsini vacib sayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR