Hulusi Akar: “Qatil Haftar və tərəfdarları Türk qüvvələrinə hər hansı bir hücum cəhdlərində olsalar, hədəfə alınacaqlar”

Hulusi Akar: “Qatil Haftar və tərəfdarları Türk qüvvələrinə hər hansı bir hücum cəhdlərində olsalar, hədəfə alınacaqlar”
# 27 dekabr 2020 13:51 (UTC +04:00)

“Qatil Haftar və tərəfdarları bilməlidirlər ki, Türk qüvvələrinə hər hansı bir hücum cəhdlərində olsalar, qanuni haqqımızdan istifadə etməklə hər yerdə hədəfə alınacaqlar”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Liviyada səfərdə olan Türkiyə Müdafiə Naziri Hulusi Akar Liviya Vəzifə Qrup Komandirliyində çıxışı zamanı bildirib.

Nazir Yunanıstanın Cənubi Kipr və Şimali Kipr arasında yaratdığı münaqişə ilə əlaqədar da mesaj ünvanlayıb: “Adada həqiqi bir həll yolu tapılması üçün yunanlar inadkar davranışlarından əl çəkməli və türklərin varlığını qəbul etməlidirlər".

Qeyd edək ki, Hulusi Akar dünən Türkiyə Silahlı Qüvvələrinin (TSK) Baş Qərargah rəisi, hava və dəniz qüvvələri komandirləri ilə birgə Liviyaya səfər edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR