Bank Of Baku

Argentina Malvin adaları yaxınlığında neft hasil edən şirkətləri məhkəməyə verəcək

Argentina Malvin adaları yaxınlığında neft hasil edən şirkətləri məhkəməyə verəcək
# 08 sentyabr 2026 06:45 (UTC +04:00)

Argentina hökuməti mübahisəli Malvin (Folklend) adaları yaxınlığında Buenos-Ayresin icazəsi olmadan neft yataqlarının işlənməsi ilə əlaqədar bir sıra şirkətlərə qarşı məhkəməyə müraciət edəcək.

APA xəbər verir ki, bu barədə Argentina Prezidenti Xavyer Mileyin administrasiyası məlumat yayıb.

Bildirilib ki, xarici işlər, beynəlxalq ticarət və etiqad naziri Pablo Kirno “Navitas Petroleum Development & Production Ltd.”, “Navitas Petroleum Atlantic United”, “Navitas Petroleum LP”, “JHI Associates Inc.” və “Eco (Atlantic) Oil & Gas” şirkətlərinə qarşı cinayət işi üzrə şikayət təqdim edəcək.

Argentina XİN-in mövqeyinə görə, sözügedən şirkətlər ölkə qanunvericiliyini pozaraq Şimali Malvin hövzəsində karbohidrogenlərin kəşfiyyatı və hasilatı üçün Böyük Britaniyanın adalardakı administrasiyasından lisenziyalar alıblar.

Argentina hökuməti təkcə hüquqi şəxslərə deyil, şirkətlərin səhmdarlarına qarşı da məhkəməyə müraciət etməyi planlaşdırır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR