Boris Conson və Angela Merkel arasında telefon danışığı olub

Boris Conson və Angela Merkel arasında telefon danışığı olub
# 08 oktyabr 2019 14:28 (UTC +04:00)

Böyük Britaniyanın Baş Naziri Boris Conson və Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub.

APA-nın Avropa bürosunun xəbərinə görə, bu barədə “BBC”-yə Baş Nazirin ofisindəki rəsmi mənbədən məlumat verilib.

Telefon danışığı zamanı Boris Conson Angela Merkelə Avropa İttifaqına təqdim etdiyi təkliflər haqqında məlumat verib. B. Conson ikinci referendumun keçirilməyəcəyini vurğulayıb. O, A. Merkelə İrlandiya sərhədinin tənzimlənməsi haqda planları barədə də danışıb. B. Conson qeyd edib ki, Avropa İttifaqının danışıqlar üçün hər hansı istəyinin olub-olmaması onun üçün aydın deyil.

A. Merkel “Brexit” üzrə razılaşmanın əldə edilməsinin olduqca çətin olduğunu vurğulayıb.

Almaniya kansleri B. Consona Şimali İrlandiyanın ancaq gömrük ittifaqında qalacağı təqdirdə, razılaşmanın əldə edilə biləcəyini bildirib.

Xəbərdə o da qeyd olunub ki, Böyük Britaniyanın uzun yol qət etməsinə baxmayaraq, Brüsseldəki danışıqlar pozulmağa yaxındır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR