Azərbaycan MN: Ermənistandan aldadılaraq döyüş meydanına gətirilənlərin təslim olması onların sağ qalması üçün yeganə yoldur

Azərbaycan MN: Ermənistandan aldadılaraq döyüş meydanına gətirilənlərin təslim olması onların sağ qalması üçün yeganə yoldur
  • Clock-gray 15:34
  • calendar-gray 03 Noyabr 2020

“Döyüş əməliyyatları, əsasən, Qubadlı, Zəngilan, Xocavənd və Ağdərə istiqamətlərində davam edir”.

APA-nın məlumatına görə, bunu bu gün keçirilən brifinqdə Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bildirib.

A. Eyvazov deyib ki, son sutkada 4 Qrad, 1 KUB, 9 top, sursatlarla dolu 2 yük maşını, o cümlədən taktiki pilotsuz uçuş aparatı məhv edilib: “Düşmən Azərbaycan Ordusunun döyüş taktikası ilə bütün istiqamətlərdə sıxışdırılıb, geri çəkilməyə məcbur edilib. Hazırda Ordumuz əməliyyat şəraitinə nəzarət edir”.

Müdafiə Nazirliyinin mətbuat katibi qeyd edib ki, Azərbaycan Ordusunun əks-hücum əməliyyatı zamanı legitim hərbi hədəflər məhv edilir: “Düşmənin döyüş meydanından məlumatı olmayan rəhbərliyi hələ də daxili auditoriyaya yalan məlumat verir. Buna görə də aldadılaraq döyüş meydanına gətirilənlərin təslim olması onların sağ qalması üçün yeganə yoldur”.

Ramiz Mikayıloğlu

Digər xəbərlər