Baş katib: “KTMT hesab edir ki, Azərbaycan Ermənistana zərbə endirməyəcək, Bakının İrəvana qarşı ərazi iddiası yoxdur”

Baş katib: “KTMT hesab edir ki, Azərbaycan Ermənistana zərbə endirməyəcək, Bakının İrəvana qarşı ərazi iddiası yoxdur”
# 08 oktyabr 2020 18:17 (UTC +04:00)

"KTMT hesab edir ki, Azərbaycan Ermənistana zərbə endirməyəcək. Bakının İrəvana qarşı ərazi iddiası yoxdur”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsinin (KTMT) baş katibi Stanislav Zas RT-yə müsahibəsində bildirib.

"Əminəm ki, hadisələrin bu cür inkişafı olmayacaq. Birincisi, ona görə ki, Azərbaycan hakimiyyəti Ermənistana qarşı ərazi iddialarının olmadığı bəyan edib və onun suverenliyinə müdaxilə etmirlər. İkincisi isə, orada öz xalqı qarşısında kifayət qədər sağlam düşüncəli və məsuliyyətlidirlər”, - deyə KTMT baş katibi qeyd edib.

S. Zasın sözlərinə görə, KTMT-nin Nizamnaməsi təşkilata daxil olan ölkənin suverenliyinə və bütövlüyünə təhlükə olan zaman münaqişəyə müdaxilə etməyi mümkün hesab edir: “Bu cür hallar bizim normativ sənədlərdə dəqiq yazılıb. İki halda - birincisi, KTMT-yə üzv olan ölkənin təhlükəsizliyinə, suverenliyinə və ərazi bütövlüyünə real təhlükə yaranan halda, həmin ölkə KTMT-yə müraciət etməkdə haqlıdır. İkinci hal isə, təcavüz və hərbi hücumdur. Belə olan halda bu, bütün üzv ölkələrə qarşı təcavüz kimi qiymətləndirilir. Bu zaman sorğu əsasında bizim ölkələr təcavüz obyektinə dərhal hərbi yardım daxil olmaqla, bütün yardımı göstərir”, - deyə KTMT baş katibi hansı hallarda təşkilatın Dağlıq Qarabağda baş verənlər məzmunundakı münaqişəyə qoşula biləcəyinə dair suala cavabında bildirib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR