Qarabağın erməni sakinlərinin nümayəndələri ilə Xocalıda növbəti danışıqlar başa çatıb - FOTO - YENİLƏNİB-1 - VİDEO

Qarabağın erməni sakinlərinin nümayəndələri ilə Xocalıda növbəti danışıqlar başa çatıb - FOTO  - YENİLƏNİB-1  - VİDEO
# 25 sentyabr 2023 14:50 (UTC +04:00)

Sentyabrın 25-də Xocalı şəhərində Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar üzrə məsul şəxs təyin edilmiş Ramin Məmmədovun Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə növbəti danışıqları başa çatıb.

APA-nın Qarabağ bürosu xəbər verir ki, lokal xarakterli antiterror tədbirlərindən sonra ilk danışıqlar sentyabrın 21-də Yevlax şəhərində keçirilmişdi.

***

13.33

Xəbərə fotolar əlavə olunub.

***

13.10

Sentyabrın 25-də Xocalı şəhərində Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar üzrə məsul şəxs təyin edilmiş Ramin Məmmədovun Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə növbəti danışıqları başlayıb.

APA-nın Qarabağ bürosu xəbər verir ki, Ramin Məmmədov bu ilin martında Prezident İlham Əliyev tərəfindən Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar üzrə məsul şəxs təyin olunub.

Xatırladaq ki, lokal xarakterli antiterror tədbirlərindən sonra ilk danışıqlar sentyabrın 21-də Yevlax şəhərində keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR