Azərbaycanda daha bir partiya qeydiyyata alınıb

Azərbaycanda daha bir partiya qeydiyyata alınıb
# 01 sentyabr 2020 14:20 (UTC +04:00)

Milli Məclisinin deputatı Razi Nurullayevin sədri olduğu partiya dövlət qeydiyyatına alınıb.

APA-nın xəbərinə görə, bu barədə millət vəkili özü bildirib.

R. Nurullayev deyib ki, Milli Cəbhə Partiyasının (MCP) qeydiyyata alınması haqqında sertifikat Ədliyyə nazirinin müavini Toğrul Musayev və Qeydiyyat və Notariat baş idarəsinin rəisi İlqar Məmmədovla keçirilən görüşdə ona təqdim edilib: “Prezident Administrasiyasında siyasi partiyalar və parlamentlə iş üzrə yeni şöbənin yaranması ilə siyasi arenada çox dəyişiklik olub. Onilliklərlə yaranmış problemlərin bir-bir həll edilməsi şansı yaranıb və bəziləri isə artıq həllini tapıb. Yeni məmur təfəkkürü, yanaşması cəmiyyətə müsbət impuls buraxır. Müvafiq şöbənin rəhbəri hörmətli Ədalət Vəliyevə görüşlərimiz zamanı müzakirə edilən problemlərin həlli yolunda atdığı addımlara görə təşəkkür edirəm. O, demişdi ki, ölkə rəhbəri tərəfindən qarşısında ciddi məsələlər qoyulub və tez bir zamanda nəticə də olmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR