Milli Məclisin plenar iclaslarının saatı dəyişib

Milli Məclisin plenar iclaslarının saatı dəyişib
# 25 mart 2020 17:36 (UTC +04:00)

Milli Məclisin plenar iclaslarının keçirilməsi qaydası dəyişib.

Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğunun APA-ya verdiyi məlumata görə, bu barədə Milli Məclisin Sədri Sahibə Qafarova müvafiq sərəncam imzalayıb.

İndiyə qədər Milli Məclisin plenar iclasları saat 12-dan 18.00-dək keçirilib, saat 14.00-16.00-dək fasilə olub.

Bundan sonra isə Milli Məclisin plenar iclasları saat 11-dan 17.00-dək keçiriləcək, saat 13.00-15.00-dək fasilə olacaq.

Milli Məclisin növbəti plenar iclası barədə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR