Keçmiş Əbu Bəkr məscidində yenidənqurma başa çatır, imam təyin ediləcək - FOTO - VİDEO

Keçmiş Əbu Bəkr məscidində yenidənqurma başa çatır, imam təyin ediləcək  - FOTO  - VİDEO
# 23 noyabr 2022 12:27 (UTC +04:00)

Nərimanov rayon Cümə məscidində (keçmiş Əbu Bəkr) təmir və yenidənqurma işləri ilin sonuna yekunlaşır.

APA-nın xəbərinə görə, məsciddə təmir və yenidənqurma işləri Abşeron-Şirvan memarlıq üslubuna uyğun aparılıb.

Minarələrdən biri tam qəzalı vəziyyətə düşdüyü üçün həm qəzalı vəziyyətdə olan minarə, həm də vahid memarlıq üslubuna uyğun olması üçün digər minarə sökülərək yenidən tikilib. O cümlədən günbəz də yenidən qurulub.

Məsciddə əlavə xidməti yerlər tikilib, həyəti abadlaşdırılıb. Bu ilin sonuna qədər müvafiq imtahanlardan sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi məscidə yeni imam təyin edəcək, məscid ibadətə açılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR