2 avtomobil toqquşub, maşınlara zərər dəyib - FOTO

2 avtomobil toqquşub, maşınlara zərər dəyib - FOTO
# 08 iyun 2023 02:23 (UTC +04:00)

Sabunçu rayonunda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

APA xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsi, Sülh küçəsində qeydə alınıb.

Xanım sürücünün idarə etdiyi “Hyundai” markalı minik avtomobili “Volswagen” markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində avtomobillərə ziyan dəyib. Əraziyə polis əməkdaşları cəlb edilib. Hadisədə xəsarət faktı qeydə alınmayıb.

Faktla bağlı araşdırma aparılır.

Elşən Yəhyayev

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR