Bank Of Baku

Ağcabədidə yol qəzasında ər-arvad xəsarət alıb - FOTO

Ağcabədidə yol qəzasında ər-arvad xəsarət alıb - FOTO
# 14 mart 2022 12:24 (UTC +04:00)

Ağcabədidə yol qəzasında iki nəfər xəsarət alıb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Ağabəyli kəndi ərazisində baş verib. Hərəkətdə olan “Mercedes” markalı avtomobil qarşıdan gələn “Lada Priora” markalı avtomobillə toqquşub.

Nəticədə “Lada Priora”-nın sürücüsü 1987-ci il təvəllüdlü Məmmədov Siyavuş Hüseyn oğlu və onun həyat yoldaşı Yolçuyeva Ruhəngiz Maşallah qızı xəsarət alıb.

Xəsarət alanlar Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR