Astarada Modul Tipli Elektrik Stansiyası yağış suları ilə dolub - VİDEO

Astarada Modul Tipli Elektrik Stansiyası yağış suları ilə dolub - VİDEO
# 15 may 2023 16:07 (UTC +04:00)

Mayın 14-dən başlayaraq Astara rayonunda yağan intensiv yağışlar nəticəsində Astara Modul Tipli Elektrik Stansiyasının ərazisinin bir hissəsi yağış suları ilə dolub.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, yağıntıların törətdiyi fəsadların aradan qaldırılması üçün FHN-in Cənub Regional Mərkəzi, Dövlət Yanğından Mühafizə Xidməti və Mülki müdafiə qoşunlarının müvafiq qüvvə və texnikaları suçəkmə işlərinə cəlb olunub.

Hazırda suçəkmə və digər təcili və təxirəsalınmaz tədbirlərin görülməsi davam etdirilir.

Əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR