Bakıda avtomobil ağaca çırpılaraq aşıb - FOTO - VİDEO

Bakıda avtomobil ağaca çırpılaraq aşıb  - FOTO  - VİDEO
# 28 sentyabr 2022 03:55 (UTC +04:00)

Bakının Nəriman Nərimanov rayonunda avtoxuliqanlıq edən sürücü maşını aşırıb.

APA xəbər verir ki, hadisə Nəcəf Nərimanov küçəsində baş verib.

Belə ki, “Niva” markalı avtomobili idarə edən sürücü, sərnişin qismində əyləşən tələbə yoldaşları ilə birgə manevr qaydalarını kobud şəkildə pozub.

Hadisə şahidləri bildirir ki, sürücü avtoxuliqanlıq əməli törədib.

O, yüksək sürətlə hərəkət edərək əl əyləcindən istifadə edib.

Daha sonra maşın idarəetmədən çıxaraq ağaca çırpılıb.

Zərbə o qədər güclü olub ki, ağac kökündən çıxıb.

Hüquq mühafizə orqanın əməkdaşlarının verdiyi məlumata görə, sürücü sərxoş vəziyyətdə olub.

O, xəstəxanaya aparılıb. Qəzanın baş verdiyi əraziyə Yol Patrul və post Patrul Xidmətinin əməkdaşları cəlb edilib.

Faktla bağlı avtotexniki ekspertiza təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR