Bakıda  kəsişmədən keçən avtomobil 3 maşına çırpılıb - FOTO - VİDEO

Bakıda  kəsişmədən keçən avtomobil 3 maşına çırpılıb  - FOTO  - VİDEO
# 06 yanvar 2022 23:22 (UTC +04:00)

Bakının Nərimanov rayonunda yol-nəqliyyatı hadisəsi zamanı iki nəfər xəsarət alıb.

APA xəbər verir ki, qəza Atatürk ilə Ziya Bünyadov prospektlərinin kəsişməsində qeydə alınıb.

Hələlik sürücüsünün şəxsiyyəti naməlum olan “BMW” markalı nəqliyyat vasitəsi işıqforla tənzimlənən yol kəsişməsindən keçərkən 2 “Toyota” və “Hyundai”-a çırpıb. Qəza nəticəsində iki nəfər xəsarət alıb. Hadisə yerinə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR