Bank Of Baku

Bakıda körpüdə avtomobilin dayanması qəzaya səbəb olub - FOTO - VİDEO

Bakıda körpüdə avtomobilin dayanması qəzaya səbəb olub  - FOTO  - VİDEO
# 07 mart 2022 05:35 (UTC +04:00)

Bakının Nizami rayonunda yol-nəqliyyatı hadisəsi qeydə alınıb.

APA xəbər verir ki, qəza Babək prospektində körpünün üzərində baş verib.

Tural Məcidovun “Daewoo” markalı nəqliyyat vasitəsi qəfil xarab olub. Bu zaman eyni istiqamətdə hərəkətdə olan “Chevrolet” markalı maşını idarə edən Zaur Rzayev sükana nəzarəti itirib.

Buna görə də onun avtomobili yolda dayanan “Chevrolet”-ə çırpılıb. Qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib.

Fakt araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR