Bakıda minik avtomobili evakuatora çırpılıb - FOTO

Bakıda minik avtomobili evakuatora çırpılıb  - FOTO
# 02 dekabr 2022 02:47 (UTC +04:00)

Bakının Nərimanov rayonunda yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində köməkçi yolda qeydə alınıb.

“Toyota” markalı avtomobilini sürücüsü sükana nəzarəti itirib. Minik maşını idarəetmədən çıxaraq yol kənarında hərəkətsiz dayanan evakuatora çırpılıb. Avtoqəza zamanı minik avtomobilinin sürücüsü xəsarət alıb.

Faktı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları araşdırır. Avtotexniki eskpertiza təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR