Bakıda naməlum şəxs pul tələb etdiyi kişini bıçaqlayıb

Bakıda naməlum şəxs pul tələb etdiyi kişini bıçaqlayıb
# 02 yanvar 2023 07:04 (UTC +04:00)

Bakının Sabunçu rayonunda bıçaqlanma faktı qeydə alınıb.

APA xəbər verir ki, hadisə Ramana qəsəbəsində baş verib.

Südçülük Sovxozu kimi tanınan ərazidə 1964-cü il təvəllüdlü Mütəllibzadə Etibar Məmməd oğlu evə gedərkən naməlum şəxslər onun qarşısını kəsərək pul tələb ediblər.

E.Mütəllibzadə onlara pul verməyincə naməlum şəxslərdən biri bıçaqla ona xəsarətlər yetirib.

Bıçaqlanan şəxs xəstəxanaya çatdırılıb və cərrahi əməliyyat olunub.

Faktı Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları araşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR