Bakıda qəza olub, bir nəfər xəsarət alıb - FOTO

Bakıda qəza olub, bir nəfər xəsarət alıb - FOTO
# 30 may 2023 00:39 (UTC +04:00)

Bakının Xətai rayonunda üç avtomobilin toqquşması ilə nəticələnən zəncirvari yol-nəqliyyat hadisəsi olub.

APA xəbər verir ki, qəza "Ukrayna" dairəsində qeydə alınıb.

Hadisə nəticəsində "Chevrolet", "Opel" və "Toyota Prius" markalı minik avtomobillər toqquşub.

Qəzada "Chevrolet" markalı minik avtomobilindəki sərnişin xəsarət alıb.

Əraziyə təcili tibbi yardım avtomobili və polis əməkdaşları cəlb edilib. Xəsarət alan şəxsə ilkin tibbi yardım göstərilib.

Avtomobillərə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Elşən Yəhyayev

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR