Bank Of Baku

Bakıda qəza zamanı iki nəfər xəsarət alıb - FOTO - VİDEO

Bakıda qəza zamanı iki nəfər xəsarət alıb  - FOTO  - VİDEO
# 03 mart 2022 01:25 (UTC +04:00)

Bakının Nizami rayonunda yol qəzası baş verib.

APA xəbər verir ki, qəza Babək prospektində qeydə alınıb.

Belə ki, “KİA” markalı avtomobilin sürücüsü geriyə manevr edərkən əks istiqamətdən gələn “Hyundai” onun maşınına çırpılıb. Qəza nəticəsində “KİA” markalı nəqliyyat vasitəsində olan sərnişin və sürücü müxtəlif bədən xəsarətləri alıb.

Yaralılar 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Zərbənin gücündən“KİA” deformasiyaya uğrayıb.

Qəzanın baş verdiyi əraziyə Nizami Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR