Bakıda qəza zamanı piyada xəsarət alıb

Bakıda qəza zamanı piyada xəsarət alıb
# 31 mart 2023 02:45 (UTC +04:00)

Bakının Xəzər rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

APA xəbər verir ki, hadisə Zirə-Pirallahı yolunda qeydə alınıb.

Belə ki, 1987-ci il təvəllüdlü Babayev Dadaş Qəhrəman oğlu yolu keçərkən onu minik avtomobili ilə vurulub.

Yaralı xəstəxanaya yerləşdirilib.

Piyadanın hər iki ayaq sümüyü sınıb.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR