Bakıda sərxoş şəxs avtomobili yandırıb, ağır yanıq xəsarətləri alıb - FOTO - VİDEO

Bakıda sərxoş şəxs avtomobili yandırıb, ağır yanıq xəsarətləri alıb - FOTO  - VİDEO
# 12 may 2023 01:02 (UTC +04:00)

Bakının Nərimanov rayonunda yanğın hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, Xətai prospekti 16 ünvanında “VAZ 21011” alovlanmağa başlayıb.

Hadisə yerinə FHN-in DYMX-nin əməkdaşları gəlib. Alovun ətraf əraziyə keçməsinin qarşısı alınıb. İçərisində isə yanıq xəsarətləri alan şəxs aşkarlanaraq Yanıq Mərkəzinə yerləşdirilib.

Hadisə şahidlərinin dediyinə görə, həmin şəxs tüfeyli həyat tərzi keçirirmiş.

Hər gün avtomobildə özünə sığınacaq seçirmiş.

Nərimanov Rayon Polis İdarəsinjn əməkdaşları hadisə yerinə gəlib. Maşın sahibinin izahatı alınıb. Xəstəxanadan verilən məlumata görə, hadisə zamanı yanıq xəsarətləri alan şəxsin vəziyyəti olduqca ağırdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR