Bakıda yol qəzasında bir nəfər xəsarət alıb

Bakıda yol qəzasında bir nəfər xəsarət alıb
# 24 may 2023 22:55 (UTC +04:00)

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi olub.

APA xəbər verir ki, qəza Kürdəxanı yolunda baş verib. "Kia" və "Toyota Prius" markalı" avtomobillər toqquşub.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən xəbərə görə, iki minik maşının toqquşması nəticəsində bir nəfər yüngül xəsarət alıb. Hadisə yerinə Sabunçu rayon polis idarəsinin əməkdaşları cəlb olunub.

Faktla bağlı tədqiqat araşdırması aparılır.

Elşən Yəhyayev

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR