Batan şəxsin meyiti dənizdən çıxarılıb

Batan şəxsin meyiti dənizdən çıxarılıb
# 27 iyun 2022 23:25 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonunda dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 1 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub.

APA-nın FHN-nin rəsmi saytına istinadla xəbərinə görə, hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən 1976-cı il təvəllüdlü İbişov Taleh İbad oğlunun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR