Bərdədə qəza olub, piyada ölüb

Bərdədə qəza olub, piyada ölüb
# 03 dekabr 2022 10:18 (UTC +04:00)

Dekabrın 2-də saat 7 radələrində Bərdə şəhəri ərazisində şəhər sakini E.Nuriyev idarə etdiyi “Mazda” markalı avtomobillə yolu keçən həmyerlisi Roza Gülməmmədovanı vurub.

Daxili İşlər Nazirliyindən APA-ya verilən xəbərə görə, nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR