Gəncə İH-nin qarşısında bir nəfər özünə xəsarət yetirib

Gəncə İH-nin qarşısında bir nəfər özünə xəsarət yetirib
# 29 noyabr 2022 14:06 (UTC +04:00)

Noyabrın 29-da bir qrup şəxsin Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında toplaşması ilə bağlı Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları hadisə yerinə gələrək həmin şəxslərlə profilaktiki söhbət aparıb. Onlara İcra Hakimiyyəti rəhbərliyinin qəbul qaydaları xatırladılıb.

Bu barədə APA-ya DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.

Onun sözlərinə görə, həmin şəxslər polislə hər hansı bir mübahisə və ya münaqişə yaşamadan ərazini tərk etməyə başlayıblar: "Əraziyə gələn vətəndaşlardan biri üzərində gətirdiyi kəsici alətlə qolunu kəsərək xəsarət yetirən zaman, polis əməkdaşları ona dərhal ilkin tibbi yardım göstərərək xəstəxanaya yola salıb".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR