İrandan Rusiyaya kivi daşıyan yük maşını aşıb - FOTO - VİDEO

İrandan Rusiyaya kivi daşıyan yük maşını aşıb - FOTO  - VİDEO
# 22 yanvar 2022 13:04 (UTC +04:00)

Masallıda yük avtomobili aşıb.

APA-nın cənub bürosunun xəbərinə görə, qəza Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 155-ci km-də, Masallı rayonu ərazisindən keçən hissəsində baş verib.

Belə ki, İrandan Rusiyaya kivi daşıyan Dağıstandan olan sürücü Maqomed Səmədovun idarə etdiyi “Volvo” markalı iritonnajlı yük avtomobili yoldan çıxaraq aşıb.

Sürücünün dediyinə görə, yolun buz bağlaması avtomobilin sürüşməsinə səbəb olub və idarəetmədən çıxan nəqliyyat vasitəsi yolun kənarına aşıb. Nəticədə avtomobilin kabinəsi qismən, yük hissəsi isə tam sıradan çıxıb, içində olan 20 ton kividən 2 tonu ziyana uğrayıb.

Qəza zamanı sürücü xəsarət almayıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR