Bank Of Baku

Mərdəkanda evdən 18 min manatlıq oğurluq olub

Mərdəkanda evdən 18 min manatlıq oğurluq olub
# 08 fevral 2022 11:10 (UTC +04:00)

Bakıda evdən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin və Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 4-də Mərdəkan qəsəbəsindəki evlərin birindən 600 manat pul, 2000 ABŞ dolları və 13.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri E.İsmayılov və İ.Abbasov saxlanılıblar.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR