2021-ci ildə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 8 min 535 fakt qeydə alınıb.
APA xəbər verir ki, bunu Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Natiq Abdullayev deyib.
İdarə rəisi qeyd edib ki, aparılan əməliyyatlarla 6 tondan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.