Tovuzda bir qardaşı öldürüb, digərini yaralayan şəxs təcridxanada intihar edib - VİDEO

Tovuzda bir qardaşı öldürüb, digərini yaralayan şəxs təcridxanada intihar edib - VİDEO
# 08 dekabr 2022 12:48 (UTC +04:00)

Gəncədə istintaq təcridxanasında intihar hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Gəncə şəhər 2 saylı İstintaq Təcridxanasında qeydə alınıb. Orada saxlanılan məhkum, Tovuz rayon sakini Əhmədov Maksim Mehdi oğlu damarını şüşə ilə kəsərək özünü öldürüb.

Faktla bağlı araşdırma başlanıb.

Ədliyyə Nazirliyi Penitensiar xidmətindən APA-ya faktı təsdiq ediblər. Araşdırma aparılır.

APA-nın əldə etdiyi məlumata görə, məhkum, barəsində bir neçə gün əvvəl çıxarılan məhkəmə hökmünə etiraz olaraq bu addımı atıb.

Qeyd edək ki, 1981-ci il təvəllüdlü Maksim Mehdi oğlu Əhmədov qətl törətdiyinə görə həbs olunub. O, ötən ilin dekabr ayında Tovuzun İbrahimhacılı kəndində 1964-cü il təvəllüdlü Ənvər Alırzayev və qardaşı 1960-cı il təvəllüdlü Fərman Alırzayevi bıçaqlayıb. Ənvər Alırzayev ölüb.

Məhkəmənin hökmü ilə M.Əhmədova 18 il 6 ay müddətinə həbs cəzası verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR