DİN Qusarda Türkiyə vətəndaşının öldüyü avtomobil qəzası barədə məlumat yayıb.
DİN-dən APA-ya verilən məlumata görə, avqustun 23-də saat 16 radələrində Qusar rayonunun Samur qəsəbəsinin ərazisində Salyan rayon sakini E.Salahov idarə etdiyi “KamAZ” markalı avtomobillə yolu keçən Türkiyə vətəndaşı İsmayıl Şahini vurub.Nəticədə piyada hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
***
23 avqust, 21.14
Qusarda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Samur qəsəbəsində qeydə alınıb. Minik avtomobili yük avtomobilinin sürücüsü olan Türkiyə vətəndaşını vurub. Piyada aldığı xəsarətlərdən dünyasını dəyişib.
Faktla bağlı araşdırmalar davam edir.