Xaçmaz rayonunda 25 yaşlı gənc itkin düşüb.
APA-nın şimal bürosunun verdiyi xəbərə görə, rayonun İstisu qəsəbə sakini 25 yaşlı Vüsal Nəzərov itkin düşüb. Ailə üzvlərinin verdiyi məlumata görə, o martın 4-də yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb. Evdən çıxarkən onun əynində rəngli gödəkçə, göy cins şalvar və qara ayaqqabı olub.
Şəkildə gördüyünüz şəxsi tanıyanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin, Xaçmaz Rayon Polis Şöbəsinin (023) 325-53-56 şəhər və (051) 843-02-02, (070) 961-81-27 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.