“Bir Xəzər Əfsanəsi” baletinin premyerası olacaq

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı

© APA | Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı

# 24 yanvar 2022 16:09 (UTC +04:00)

Yanvarın 30-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Bir Xəzər əfsanəsi” baletinin premyerası keçiriləcək.

Teatrdan APA-ya verilən məlumata görə, balet tamaşasının libretto müəllifi də istedadlı bəstəkar Lalə Cəfərovadır.

“Bir Xəzər əfsanəsi” baletinin quruluşçu baletmeysteri - Azərbaycanın Xalq artisti, “Zirvə”, “Qızıl Dərviş” və “Humay” milli mükafatları laureatı, Azərbaycan Respublikası Prezidenti mükafatçısı Kamilla Hüseynova, quruluşçu rəssamı - Əməkdar mədəniyyət işçisi Tehran Babayevdir. Tamaşanı dirijorların Antal Dorati adına beynəlxalq müsabiqəsinin laureatı Orxan Həşimov idarə edəcək.

Əsas rollarda balet truppasının aparıcı solistləri – Əməkdar artistlər Anar Mikayılov, Makar Ferştandt, gənc solistlər Ayan Eyvazova, Seymur Qədiyev, İslam Məmmədov çıxış edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR