Filarmoniyada 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib - FOTO

Dövlət Akademik Filarmoniyasında 20 Yanvar faciəsinə həsr olunmuş tədbir

© APA | Dövlət Akademik Filarmoniyasında 20 Yanvar faciəsinə həsr olunmuş tədbir

# 19 yanvar 2022 19:22 (UTC +04:00)

Bu gün Azərbaycan Dövlət Akademik Filarmoniyasında Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayətilə 20 Yanvar faciəsinin növbəti ildönümünə həsr olunmuş tədbir keçirilib.

APA-nın məlumatına görə, tədbirin əvvəlində şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Sonra Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri 20 Yanvar faciəsinə həsr olunan proqramı təqdim edib. Gecədə Qara Qarayevin "Matəm odası", Azər Rzayevin "Bakı-90" simfoniyası, Aqşin Əlizadənin "Babək" baletindən fraqmentlər və Qara Qarayevin "İldırımlı yollarla" baletindən Adajio ifa olunub.

Qeyd edək ki, orkestrin bədii rəhbəri və baş dirijoru Xalq artisti Rauf Abdullayev olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR