Xurşudbanu Natəvanın 190 illik yubileyinə həsr olunmuş tədbir keçirilib - FOTO

Xurşudbanu Natəvanın 190 illik yubileyinə həsr olunmuş tədbir keçirilib - FOTO
# 27 oktyabr 2022 19:46 (UTC +04:00)

Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyinin təşəbbüsü və BMM-in təşkilatçılığı ilə Xurşudbanu Natəvanın anadan olmasının 190 illik yubileyinə həsr olunmuş "Xurşudbanu Natəvan 190-Muğam və qəzəl gecəsi" adlı tədbir keçirilib.

APA xəbər verir ki, konsert gecəsində mədəniyyət və incəsənət xadimləri, ədəbiyyat nümayəndələri iştirak edib.

Tədbirin aparıcısı Yazıçılar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi İlqar Fəhmi Natəvan yaradıcılığından söz açıb.

Sonra Əməkdar mədəniyyət işçisi, yazıçı, Xurşudbanu Natəvan haqqında kitab və məqalələrin müəllifi Mustafa Çəmənli şairənin yaradıcılığı və irsi haqqında geniş məlumat verib.

Çıxışlardan sonra BMM-nin solistləri Elgiz Əliyev, Vəfa Orucova, Könül Xəlilzadə, Könül Məmmədli, Nisbət Sədrayeva, gənc xanəndələr Rəvan Qaçayev və Murad Laçının Natəvan yaradıcılığından seçmə qəzəllərini muğam üzərində ifa ediblər.

İfalardan öncə sözügedən qəzəllər Mədəniyyət və İncəsənət Universitetinin tələbələri tərəfindən qiraət edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR