Azərbaycanın qeyri-neft ixracı II rübdə 10%-dən çox artıb

Azərbaycanın qeyri-neft ixracı II rübdə 10%-dən çox artıb
# 19 iyul 2022 11:27 (UTC +04:00)

Bu ilin II rübündə (aprel-iyun ayları) Azərbaycanın qeyri-neft məhsullarının ixracı 730,35 mln. ABŞ dolları təşkil edib.

Bu barədə "APA-Economics" Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə – AZPROMO-ya istinadən xəbər verir.

Məlumata görə, ötən ilin eyni rübü ilə müqayisədə Azərbaycanın qeyri-neft məhsullarının ixracı 10,5% artıb.

Bu ilin yanvar-iyun aylarında ölkənin qeyri-neft ixracı 1 457,62 mln. dollar (artım 25,4%), təkcə iyun ayında isə 269,55 mln. dollar (artım 5,8%) təşkil edib.

Qeyd edək ki, 2021-ci ildə Azərbaycanın qeyri-neft ixracı illik ifadədə 47,2% artaraq 2 713,4 mln. dollara bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR