Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, nəqliyyat və infrastruktur naziri Adil Qaraismayıloğlu Qazaxstanın Aktau şəhərinə gəlib.
APA xəbər verir ki, bu barədə nazir “Twitter” səhifəsində paylaşım edib.
“Türkiyə-Azərbaycan-Qazaxıstan xarici işlər və nəqliyyat nazirlərinin II görüşü üçün Qazaxıstanın Xəzər sahilindəki liman şəhəri Aktaudayıq”, - deyə nazir paylaşımında bildirib.