Gürcüstanda proporsional seçki sisteminə keçidlə bağlı ictimai müzakirələr keçiriləcək

Gürcüstanda proporsional seçki sisteminə keçidlə bağlı ictimai müzakirələr keçiriləcək
  • Clock-gray 12:54
  • calendar-gray 11 Sentyabr 2019

Gürcüstanda “Proporsional seçki sisteminə keçid haqqında” konstitusiya layihəsinin ictimai müzakirəsinə başlanılır.

APA-nın yerli bürosunun xəbərinə görə,  Gürcüstan parlamentinin sədri Arçil Talakvadzenin rəhbərlik etdiyi Təşkilat Komissiyası sentyabrın 13-dən 30-dək ölkə daxilində ümumilikdə 11 açıq iclas keçirəcək. 

Parlamentin və parlamentdənkənar siyasi partiyaların nümayəndələri, QHT təmsilçiləri, konstitusiyaçılar və ekspertlər Gürcüstanın konstitusiya qanunu layihəsinin ictimai müzakirələrində iştirak edəcək. 

Qeyd edək ki, Gürcüstanda 2020-ci ildə parlament seçkilərinin sıfır baryerlə proporsional sistem üzrə keçirilməsi planlaşdırılır.

Səid Babazadə

Digər xəbərlər

Arxiv

date