Azərbaycan Rusiyaya meyvə-tərəvəz ixracını iki dəfə artıra bilər

Azərbaycan Rusiyaya meyvə-tərəvəz ixracını iki dəfə artıra bilər
# 11 sentyabr 2019 12:27 (UTC +04:00)

Azərbaycandan Rusiyaya meyvə və tərəvəzin ixracını ən azı iki dəfə artırmaq üçün böyük bir potensial mövcuddur.

"APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

Onun sözlərinə görə, ötən il Azərbaycanın meyvə-tərəvəz istehsalçıları Rusiyaya 555 min ton məhsul ixrac edib.

"Düşünürük ki, mövcud potensial bu göstəricini təxminən 1 mln. tona çatdırmağa imkan verir", - deyə nazir bildirib.

Ş. Mustafayev onu da əlavə edib ki, Yekaterinburq yaxınlığında logistika mərkəzinin yaradılması qeyd olunan göstəriciyə çatmaq istiqamətində atılan bir addım olacaq.

Qeyd edək ki, Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşevin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda bir sıra görüşlər keçirib.

Nazirin bildirib ki, sözügedən logistika mərkəzinin (meyvə və tərəvəzin saxlanılması üçün) açılması barədə danışıqlar aparılıb və sabah müvafiq memorandum imzalanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR