“Ekol Mühəndislik Xidmətləri” QSC-yə yeni baş direktor təyin edilib

“Ekol Mühəndislik Xidmətləri” QSC-yə yeni baş direktor təyin edilib
# 29 may 2010 09:41 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) təsisçilərindən olduğu “Ekol Mühəndislik Xidmətləri” QSC-yə yeni baş direktor təyin edilib. Bu barədə «APA-Economics»ə «Ekol Mühəndislik Xidmətləri» QSC-nin mətbuat xidmətindən məlumat verilib.

Şirkətin əvvəlki baş direktoru Soltan Əliyev ARDNŞ-nin ekologiya üzrə vitse-prezidenti təyin edildiyindən, təsisçilərin ( ARDNŞ və “Lancer Services S.A.” şirkəti) birgə qərarı ilə “Ekol”un baş direktorunun ümumi işlər üzrə müavini Ramil Əliyev səhmdar cəmiyyətinin yeni baş direktoru təyin olunub.

Qeyd edək ki, «Ekol Mühəndislik Xidmətləri» QSC ARDNŞ-in (51%) və xarici investor «Lancer Services S.A.» şirkətinin (49%) pay iştirakı ilə 2006-cı ildə yaradılıb. Müəssisənin fəaliyyətinin əsas məqsədi Azərbaycan hüdudlarından kənarda və ölkə daxilində müasir texnologiyalardan istifadə edilməklə ətraf mühitin mühafizəsi istiqamətində ekoloji yönümlü xidmətlərin göstərilməsindən ibarətdir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR