KİV: ABŞ şirkətləri nefti Strateji Neft Ehtiyatında toplamağa başlayıblar

KİV: ABŞ şirkətləri nefti Strateji Neft Ehtiyatında toplamağa başlayıblar
# 28 aprel 2020 11:08 (UTC +04:00)

ABŞ-ın neft şirkətləri artıq neft həcmlərini saxlamaq üçün yer qıtlığından "qara qızılı" Milli Strateji Neft Ehtiyatında toplamağa başlayıblar.

"APA-Economics"in məlumatına görə, bu barədə "Bloomberg" öz mənbəsinə istinadən xəbər verir.

Məlumata əsasən, bu ay 1,1 mln. barel Milli Strateji Neft Ehtiyatına saxlanılma məqsədi ilə gətirilib. Mənbə qeyd edib ki, aprelin əvvəlində ABŞ Energetika Nazirliyi, təxminən 23 mln. barel neftin saxlanılması üçün bir neçə şirkətlə müqavilələr imzalayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR