SOCAR neft və qaz hasilatını cüzi artırıb

SOCAR neft və qaz hasilatını cüzi artırıb
# 19 aprel 2022 15:41 (UTC +04:00)

Bu ilin yanvar-mart aylarında SOCAR tərəfindən 1 930 062 ton neft hasil edib, bu da illik müqayisədə 0,3% çoxdur.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə şirkət 1 917 971 000 kub metr əldə edib ki, bu da illik müqayisədə 0,08% çoxdur.

Məlumata görə, neft və qaz hasilatında əvvəlki illə müqayisədə qismən artım qeydə alınıb. Ölkə üzrə ümumilikdə 8,3 mln. tondan çox neft və 11,8 mlrd. kubmetr qaz hasil edilib. Dövr ərzində ölkə üzrə qaz hasilatı 13,5% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR