ABŞ səfiri MN-in Hərbi İdarəetmə İnstitutunda olub - FOTO

ABŞ səfiri MN-in Hərbi İdarəetmə İnstitutunda olub - FOTO
# 20 may 2022 13:42 (UTC +04:00)

Müdafiə Nazirliyinin (MN) Milli Müdafiə Universitetinin tərkibində fəaliyyət göstərən Hərbi İdarəetmə İnstitutunda intensiv ingilis dili kursunun başa çatması ilə əlaqədar növbəti buraxılış mərasimi keçirilib.

MN-dən APA-ya verilən məlumata görə, buraxılış mərasimində çıxış edən general-leytenant Heydər Piriyev, ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Li Litzenberqer və digər qonaqlar kursu müvəffəqiyyətlə bitirən iştirakçıları təbrik edərək onlara xidmətlərində uğurlar arzulayıb, ingilis dilinin öyrədilməsində əməyi olan müəllimlərə təşəkkürlərini bildiriblər.

Sonda kursu bitirən məzunlara sertifikatlar təqdim olunub, xatirə fotosu çəkdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR